Pezeşkian sabah Qırğızıstana səfər edəcək

30.08.2026

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian sabah Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək məqsədilə Qırğızıstanın paytaxtı Bişkekə səfər edəcək.

IRIB xəbər verir ki, İran Prezidenti yüksəksəviyyəli nümayəndə heyətinin müşayiətində olacaq.

İki günlük səfərin proqramına ŞƏT sammitində çıxış və bəzi liderlərlə görüş daxildir.

Xatırladaq ki, Pezeşkianın rusiyalı həmkarı Vladimir Putinlə görüşü planlaşdırılır.

///report///

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью