Pezeşkian təsdiqlədi! ABŞ ilə danışıqların şərtləri AÇIQLANDI

03.02.2026

Sitat.info saytına istinadən Icma.az xəbər verir.

Bu gün İran prezidenti Məsud Pezeşkian ABŞ ilə mümkün danışıqların nəzərdən keçirilməsi ilə bağlı göstəriş verdiyini təsdiqləyib.

Sitat.info xəbər verir ki, o, bununla bağlı “X” hesabında paylaşım edib.
Pezeşkian paylaşımında bildirib ki, ABŞ Prezidentinin danışıqlar təklifinə bölgədəki dost dövlətlərin cavab verilməsi ilə bağlı müraciətləri nəzərə alaraq, İranın xarici işlər nazirinə ədalətli və bərabər danışıqlar üçün zəmin hazırlamaq məqsədi ilə müvafiq əmr verib.
Onun sözlərinə görə, bu proses milli maraqlar çərçivəsində, ləyaqət, müdriklik və məqsədəuyğunluq prinsiplərinə əsaslanmalı, eyni zamanda təhdidlərdən və əsassız gözləntilərdən uzaq bir mühitdə həyata keçirilməlidir.
Qeyd edək ki, dünən Məsud Pezeşkianın ABŞ ilə danışıqlara başlamaqla bağlı rəsmi göstəriş verdiyi barədə məlumat yayılmışdı.

Tehran,

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью