Pezeşkian Trampa məktub ünvanlayıb Bunun üçün

26.01.2026

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran rəhbərliyi ABŞ-nin mümkün hücumunu gecikdirmək üçün Vaşinqtona gizli diplomatik mesaj göndərib.

Məlumata görə, İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçı ABŞ Prezidenti Donald Trampa yazılı müraciət ünvanlayıblar. 

Bildirilir ki, bu mesaj ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff vasitəsilə Trampa çatdırılıb. Mesajda Pezeşkianın imzaladığı yazılı zəmanət də yer alıb. Əraqçının göndərdiyi əlavə mesaj isə “WhatsApp” üzərindən qəbul edilib.

İsrail tərəfdən adı açıqlanmayan rəsmi şəxsin sözlərinə görə, İran prezidentinin verdiyi yazılı zəmanət Tehranın Vaşinqtonla etimad mühiti formalaşdırmaq və diplomatik dialoqa yol açmaq niyyətini göstərib. Qeyd olunub ki, bu addım Trampın hücum qərarını təxirə salan yeganə səbəb olmasa da, onun mövqeyinə və qərarvermə prosesinə ciddi təsir edib.

Mənbə onu da bildirib ki, mesaj göndərilən vaxt ABŞ tərəfindən genişmiqyaslı hərbi əməliyyat üçün hazırlıqlar hələ tam başa çatmamışdı. Məhz bu amil və Tehrandan gələn diplomatik mesaj birlikdə mümkün hücumun vaxtının dəyişdirilməsində rol oynayıb.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью