Pezeşkian Trampın təhdidlərinə cavab verdi

30.12.2025

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

İran prezidenti Məsud Pezeşkian ABŞ prezidenti Donald Trampın son təhdidlərinə cavab verib.

"Ölkə.az" xəbər verir ki, İran Prezidenti "X" platformasındakı hesabında yazıb:

"İslam Respublikasına "düşmən olduqlarına görə peşman olacaqlar".

O qeyd edib ki, İran İslam Respublikasının hər hansı bir zorakı təcavüzə qarşı cavabı sərt olacaq və düşməni etdiklərinə görə peşman edəcək.

Xatırladaq ki, dekabrın 28-də ABŞ prezidenti Donald Tramp Tehranın nüvə proqramını bərpa etməyə cəhd göstərəcəyi təqdirdə İrana zərbə endirməyə hazır olduğunu bəyan edib.

Elvin

Ölkə.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью