Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
İran nümayəndə heyəti çərşənbə axşamı ABŞ ilə danışıqlar aparmaq üçün Pakistana gedəcək.
“Cebheinfo.az” xəbər verir ki, bunu CNN danışıqlardan xəbərdar olan İran mənbələrinə istinadən yazıb.
Mənbələr nümayəndə heyətinin tərkibinin xarici işlər naziri Abbas Araqçi və Parlamentin sədri Məhəmməd Bağır Qalibafın da daxil olduğu əvvəlki raunddakı kimi olacağını gözləyirlər.
Tehran, həmçinin çərşənbə günü atəşkəsin uzadılması ilə bağlı simvolik birgə bəyanat verilməsini gözləyir.
Mənbələr əlavə ediblər ki, əgər hər şey yaxşı gedərsə və ABŞ Prezidenti Donald Tramp İslamabada səfər etməyə razılıq verərsə, İran Prezidenti Məsud Pezeşkian da görüşdə iştirak edəcək. O zaman prezidentlərin birgə görüşü keçiriləcək və orada onlar birgə "İslamabad Bəyannaməsi"ni imzalayacaqlar.
Tramp nümayəndə heyəti göndərəcəyini elan etdikdən sonra Tehrandan danışıqlar aparanların İslamabada səfər ediləcəyi ilə bağlı rəsmi təsdiq həlik yoxdur. Həftəsonu keçirilən yüksək səviyyəli danışıqlarda tərəflər razılığa gəlməyib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin