Pezeşkian: Urmiya gölünün bərpası üçün mütəxəssislərdən istifadə edirik

25.03.2025

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Urmiya gölünün bərpası üçün mütəxəssislərdən istifadə edirik.

"Report" xəbər verir ki, bunu bu gün Urmiya gölünü ziyarət edən İran Prezidenti Məsud Pezeşkian deyib.

“Gölün vəziyyətini yaxşılaşdırmaq üçün universitet professorlarının, tədqiqatçılarının və mütəxəssislərinin dəstəyindən və köməyindən istifadə etməyə çalışırıq. Yağışlar Urmiya gölünün vəziyyətinin yaxşılaşdırılmasında çox mühüm rol oynayır”, - Pezeşkian söyləyib.

O, yağıntıların artmasının gölün canlanmasına kömək edəcəyinə ümidvar olduğunu bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью