Pezeşkian üzr istəmişdi: Ardınca onlarla raket atıldı

07.03.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Qətər, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bu gün axşam saatlaırnda  İran tərəfindən atılan raket və dronları ələ keçirdiklərini bildiriblər.

BƏƏ Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin ölkəyə doğru atılan raket və dronları ələ keçirdiyinə dair məlumat yayıb. 

“Cebheinfo.az” xəbər verir ki, Qətər Müdafiə Nazirliyi də raket zərbəsi barədə  bildirib. Bu arada, münaqişə başlayandan bəri Bəhreyndə yeddinci dəfə həyəcan siqnalı eşidilib.

Qətərdə bir sıra partlayışların eşidildiyini təsdiqlənib. Xüsusilə, partlayışlar Dohanın cənubundakı səmada və paytaxtın şimalındakı Lusail şəhərində müşahidə olunub.

Martın 7-də İran Prezidenti Məsud Pezeşkian raket zərbələrinə görə qonşu ölkələrdən üzr istəyib və Müvəqqəti İdarəetmə Şurasının İrana ərazilərindən hücum edilmədiyi təqdirdə qonşu Yaxın Şərq ölkələrinə hücum etməmək qərarına gəldiyini bildirib. O, dövlətin qonşularına qarşı aqressiv davranmaq üçün heç bir səbəbinin olmadığını bildirib.

Həmçinin şənbə günü İsrail Müdafiə Qüvvələri (İMQ) hava vəziyyətini qiymətləndirmək və İran hava məkanını qorumaqdan məsul olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələri Əməliyyat Qərargahına zərbə endirildiyini bildirib.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью