Pezeşkian və Xamenei arasında 8 saatlıq GÖRÜŞ Nələr müzakirə edildi?

10.08.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali Rəhbəri Müctəba Xamenei ilə görüşərək təxminən 7-8 saat ölkədəki mövcud vəziyyəti müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Pezeşkian İran dövlət televiziyasına müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, uzun sürən müzakirələrin mərkəzi mövzularından biri ABŞ ilə gərginlik və münaqişə olub.
Bununla yanaşı, tərəflər müharibənin hazırkı şərtlərini və perspektivlərini, müdafiə və energetika sektorlarının inkişafını, valyuta ehtiyatlarının təmin edilməsi yollarını, eləcə də beynəlxalq iqtisadi əməkdaşlıq məsələlərini ətraflı nəzərdən keçiriblər.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью