Pezeşkian vəfat edən həyat yoldaşının şəklini gördü: Hönkürhönkür ağladı VİDEO

19.12.2024

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İran prezidenti Məsud Pezeşkian paytaxt Tehranda keçirilən “Ailə, gələcək və qalıcı bağlar” adlı konfransda çıxış edərkən ağlayıb.

Publika.az xəbər verir ki, Pezeşkian çıxışı zamanı yol qəzasında dünyasını dəyişən həyat yoldaşının fotosunu televiziyada görəndə duyğulanıb.

Göz yaşlarına hakim ola bilməyən prezident "Üzr istəyirəm, çox çətindir. İcazə versəniz, danışmayacağam" deyib.

O, tribunadan endikdən sonra qızı Zəhra Pezeşkianın yanında əyləşərək ağlamağa davam edib.

Qeyd edək ki, Pezeşkian 1993-cü ildə yol qəzasında həyat yoldaşını və bir oğlunu itirib.

Roza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью