Pezeşkian xalqdan üzr istəyən ilk prezident oldu

24.12.2024

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident Məsud Pezeşkian İslam Respublikası tarixində xalqdan üzr istəyən ilk dövlət başçısı oldu və bu onun yüksək xarakterini göstərir.

Axar.az xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani deyib.

O, prezidentin xalqdan üzr istəməsini onun daxili və mənəvi zənginliyinin nümunəsi adlandırıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Pezeşkian elektrik enerjisi çatışmazlığına görə vətəndaşlardan üzr istəyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью