Pezeşkian: Xalqın dolanışığı məni narahat edir

26.01.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

İran prezidenti Məsud Pezaşkian ölkəsinin üzləşdiyi iqtisadi çətinliklərə diqqət çəkərək qeyd edib ki, "Bu gün məni narahat edən əsas məsələlər insanların dolanışıq, mənzil, səhiyyə və təhsil problemləridir".

Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə Pezaşkian paytaxt Tehranda qubernatorlarla görüşdə aktual məsələlərə dair açıqlamalar verib. O, qeyd edib: "Bu gün məni narahat edən əsas məsələlər insanların dolanışıq, mənzil, səhiyyə və təhsil problemləridir. Bəzi qrupların nümayiş etdirdiyi pis davranışlar, hakimiyyətin xalqa ədalətli yanaşmasına mane olmamalıdır."

Pəzaşkian, həmçinin ictimaiyyətlə birbaşa əlaqə qurmağın və onların problemlərini yaxından izləməyin vacibliyini vurğulayaraq əlavə edib: "İnsanların təhlükəsizliyi üçün xalqla birlikdə olmaq lazımdır. Bütün qurumlar, xalqın səsini dinləməyi özlərinə borc bilməlidirlər".

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью