Pezeşkian Xameneinin müşavirini vəzifəyə təyin etdi

05.08.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran Prezidenti Məsud Pezeşkian Ali Rəhbərin müşaviri Əli Laricanini İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi vəzifəsinə təyin edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “NourNews” agentliyi məlumat yayıb.

Laricani əvvəllər bu vəzifədə olmuş Əli Əkbər Əhmədianı əvəz edib.

Xatırladaq ki, Əli Laricani bundan əvvəl İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneinin müşaviri vəzifəsini tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью