Pezeşkian Xameneinin nəşini İraqda müşayiət edəcək

06.07.2026

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

İran Prezidenti Məsud Pezeşkian sabah İraqa səfər edəcək.

Modern.az xəbər verir ki, İRNA-nın məlumatına görə, Məsud Pezeşkian İranın mərhum ali lideri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək üçün sabah İraqa yollanacaq.
Mərasimin iyulun 8-də keçirilməsi nəzərdə tutulur.

Xameneinin cənazələrinin yola salınması mərasimi bu gün səhər saatlarında çoxsaylı yas iştirakçılarının iştirakı ilə başlayıb.

Xamenei və ailə üzvlərinin nəşləri iyulun 7-də cənazə namazının qılınması üçün Qum şəhərinə aparılacaq. İyulun 8-də isə Xameneinin nəşi İraqın Nəcəf şəhərindəki İmam Əlinin məqbərəsinə, həmçinin Kərbəladakı İmam Hüseyn və Həzrət Abbasın ziyarətgahlarına aparılaraq, orada təvaf və vida mərasimləri keçiriləcək.
İyulun 9-da cənazə İranın Məşhəd şəhərindəki İmam Rza (ə) hərəminin ərazisində dəfn olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью