Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran prezidenti Məsud Pəzaşkian ölkəsinin ABŞ-la artan gərginlik fonunda “nə müharibə, nə də sülh” vəziyyətindən çıxması ilə bağlı Ali Rəhbər Müctəba Xameneinin göstəriş verdiyini bildirib.
Turkustan.az xəbər verir ki, İran mətbuatının məlumatına görə, Pəzaşkian ABŞ-la münasibətlər və Ali Rəhbərin göstərişləri barədə danışarkən ölkəsinin gələcəyinin qorunmasının vacibliyini vurğulayıb.
O bildirib ki, İran dialoqa getməklə öz ləyaqətini və milli maraqlarını qoruya bilər.
“İnqilab lideri nə müharibəyə, nə də sülhə son qoyulmaması barədə göstəriş verib. Biz ləyaqətimizi qoruyaraq dialoqa girə və bu məsələni həll edə bilərik. Gələcəyimizi görməzdən gəlməyə və ya məhv etməyə haqqımız yoxdur”, - deyə Pəzaşkian bildirib.
Dialoq və danışıqlara üstünlük verdiklərini qeyd edən prezident əlavə edib ki, İran hüquqlarını danışıqlar yolu ilə əldə edə biləcəyi halda müharibəyə başlamamalıdır.
“Lakin biz zülm qarşısında təslim olmayacağıq”, - deyə o vurğulayıb.
Aytən Yaşar/Turkustan.az