Pezeşkian yeni ali lider barədə danışdı

06.08.2026

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran Prezidenti Məsud Pezeşkian ölkənin yeni ali lideri ilə keçirdiyi görüşlərdən danışaraq onun məntiqli, səbirli və dialoqa açıq bir şəxs olduğunu bildirib.

Bu barədə Mehr agentliyi məlumat yayıb.

İran KİV-lərinə müsahibəsində Pezeşkian deyib ki, yeni ali liderlə ölkənin daxili problemləri və hökumətin fəaliyyəti ilə bağlı dəfələrlə müzakirələr aparıb. Prezidentin sözlərinə görə, həmin görüşlər zamanı fikirlərini tam səmimi şəkildə ifadə etmək imkanı olub və qarşı tərəf onu hər zaman anlayışla, məntiqli arqumentlərlə dinləyib.

“Əxlaqı, məntiqi və təvazökarlığı baxımından gördüyüm şəxs həqiqətən də müstəsna idi”, – deyə Pezeşkian bildirib.

İran Prezidenti əlavə edib ki, yeni ali lider haqqında ictimai məkanda formalaşdırılan bəzi təsəvvürlər onun şəxsi müşahidələri ilə üst-üstə düşmür. Onun sözlərinə görə, bəzən ali liderə aid edilən fikirlər şəxsi görüşlər zamanı şahidi olduğu davranış və mövqelərdən fərqlənir.

Pezeşkian vurğulayıb ki, hazırkı şəraitdə ölkənin qarşılaşdığı problemlərin həlli üçün birbaşa dialoqun və açıq müzakirələrin davam etdirilməsi böyük əhəmiyyət daşıyır.

AzPost.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью