Icma.az, Cebheinfo saytına istinadən bildirir. "İki ay sonra Məsud Pezeşkianın Prezident postunda 1 ili tamam olacaq, amma hələ də İranda tü
Bu sözləri Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli “Cebheinfo.az”-a müsahibəsində deyib.
Müsahibəni təqdim edirik: - Elman bəy, Güney Azərbaycandakı aksiyalar nə üçün səngiyib?
- Güney Azərbaycanda milli hərəkat artıq başqa bir mərhələyə keçib.
Ötən əsrin 90-cı illərində doktor Məhəmmədtağı Zehtabinin təşəbbüsü ilə başlanmış Bəzz yürüşləri Güney Azərbaycan milli hərəkatının tarixində dərin izlər buraxdı.
Zehtabinin qoyduğu iz, yaratdığı milli-ideoloji görüş doktor Mahmudəli Çöhrəqanlını, Qulamrza Əmanini, Yürüş Mehrəlibəyli, Abbas Lisani, Əkbər Azad kimi fikir və düşüncə adamlarını, hərəkat liderlərini ortaya çıxardı.
2000-ci illərin əvvəllərində Babək qalası yürüşlərində yüzminlərlə insan iştirak edirdi.
Qapalı rejimin hakim olduğu İranda bu cür aksiyalar milli iradənin yeganə tribunası idi. O zaman sosial şəbəkələr yox idi.