Pezeşkiandan çağırış: Həftədə azı bir gün...

27.09.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian dövlət qurumları əməkdaşlarını həftədə azı bir gün şəxsi avtomobillərdən istifadə etməməyə çağırıb.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, Pezeşkian bu barədə Nazirlər Kabinetinin iclasında danışıb.

O, ölkədə qənaət tədbirlərinin artırılmasının vacibliyini vurğulayaraq, bunun istehsal zəncirinin fəaliyyətinə mənfi təsir göstərməməli olduğunu bildirib.

“Çalışaq ki, qənaət etməklə istehsal zəncirinin qırılmasına imkan verməyək”, – İran prezidenti qeyd edib.

Pezeşkian həmçinin Tehran Bələdiyyəsinə dövlət əməkdaşlarının həftədə bir gün işə avtomobilsiz gəlməsini mümkünləşdirəcək şəraitin yaradılması ilə bağlı tapşırıq verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью