Pezeşkiandan Ərdoğana mesaj: Türk millətinə...

23.01.2025

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzində baş verən yanğında həyatını itirənlər üçün İrandan Türkiyəyə başsağlığı mesajı gəlib.

Publika.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

"Bolu şəhərində bir oteldə baş verən və onlarla vətəndaşın, ziyarətçinin həlak olması və yaralanması ilə nəticələnən yanğın məni dərindən kədərləndirdi. Bu səbəbdən prezidentə, həlak olanların ailələrinə başsağlığı verirəm. Bu kədərli hadisədə həyatını itirən türk millətinə Uca Allahdan rəhmət, ailələrinə səbr, yaralananlara isə şəfa diləyirəm", - deyə Pezeşkian mesajında bildirib.

Qeyd edək ki, yanğın nəticəsində 76 nəfər həlak olub, 51 nəfər yaralanıb.

Roza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью