Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian televiziyaya müsahibəsində deyib.
Prezident bildirib ki, ölkə iqtisadiyyatı ağır vəziyyətdədir, gəlirlərimiz azalıb, xarici valyuta ehtiyatlarımız məhdudlaşır və dolların məzənnəsi daha da yüksələ bilər.
“Sanksiyaların davam etməsi qiymət artımlarını sürətləndirə bilər. İdxal və ixrac kəskin şəkildə azalıb və ölkənin gəlirləri ilə xərcləri arasında uyğunsuzluq yaranıb. İran iqtisadiyyatı olduqca ağır bir vəziyyətdədir. Sankiyaların aradan qaldırılması vacibdir", - o vurğulayıb.
Yaranmış vəziyyətə baxmayaraq Pezeşkian qeyd edib ki, Tehran Vaşinqtonun təzyiqlərindən geri çəilməyəcək və sondaək müqavimət göstərəcək. “Anlaşma və Hörmüz boğazının açılması İslamabad Memorandumunun müddəalarının reallaşaçağı təqdirdə mümkün olacaq”- İran prezidenti bildirib.
Mürtəza