Pezeşkiandan gözlənilməz etiraf: Günah bizdədir

12.02.2026

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran prezidenti Məsud Pezeşkian ölkədə baş verən etiraz aksiyaları ilə bağlı hakimiyyətin məsuliyyət daşıdığını etiraf edib.

Globalinfo.az xəbər verir ki, İran KİV-lərinin məlumatına görə, dövlət başçısı hakimiyyətin gənclərin problemlərini lazımi şəkildə həll edə bilmədiyini açıqlayıb.

“Əgər gənclərimiz küçələrə çıxıblarsa, deməli günah bizdədir. Onların narahatlıq və qayğılarına lazımi reaksiya verə bilməmişik”, – deyə Pezeşkian vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью