Pezeşkiandan hökumətə: Etirazçıların tələblərini dinləyin...

30.12.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran prezidenti Məsud Pezeşkian başçılıq etdiyi hökuməti ölkədə baş verən etiraz aksiyalarının iştirakçılarının tələblərinə diqqətlə yanaşmağa çağırıb.

Bakıvaxtı.az İran mediasına istinadən xəbər verir ki, Prezident bu məqsədlə ölkənin daxili işlər nazirinə müvafiq tapşırıq verdiyini açıqlayıb.

“Daxili işlər nazirinə tapşırıq verdim ki, etirazçıların nümayəndələri ilə dialoq apararaq onların haqlı tələblərini dinləsin və dövlət özünün tam potensialı ilə onların çətinliklərinin həlli istiqamətində fəaliyyət göstərsin”, – deyə Pezeşkian bildirib.

Qeyd edək ki, İranın milli valyutası rialın ABŞ dolları qarşısında kəskin dəyər itirməsinə etiraz olaraq dünən paytaxt Tehran bazarlarında bir qrup sahibkar etiraz aksiyası keçirib. Hazırda vəziyyətlə bağlı aidiyyəti qurumlar tərəfindən müzakirələr aparıldığı bildirilir./APA 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью