Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"İstinad etdiyiniz bu iddia edilən görüntülər barədə konkret məlumatım yoxdur"
İran Prezidenti Məsud Pezeşkian Tehranın İordaniyadakı ABŞ bazasına zərbə endirmək üçün Çin peyk görüntülərindən istifadə etməsi iddialarına münasibət bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə İran Prezidenti “Fox News”a verdiyi müsahibədə deyib.
Hadisə ilə bağlı suala Pezeşkian cavab olaraq məsələdən xəbərsiz olduğunu bildirib: "İstinad etdiyiniz bu iddia edilən görüntülər barədə konkret məlumatım yoxdur".
Qeyd edək ki, 17 iyulda ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İordaniyadakı ABŞ hərbi obyektlərinə edilən zərbələr nəticəsində iki hərbçinin öldüyünü bildirib.