Pezeşkiandan istefa iddialarına CAVAB

04.08.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian haqqında yayılan istefa iddiaları ilə bağlı bəyanat verib. O, bu iddiaların yalan olduğunu və vəzifəsinin başında qaldığını bildirib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, İranın rəsmi İRNA agentliyi Pezeşkianın xalqa müraciətindən bir hissə yayımlayıb.

Vəzifəsindən getdiyi və ya gedəcəyi barədə xəbərlərə sərt reaksiya verən Prezident, "İstefa etsəm, bunu açıq şəkildə bəyan edərəm. İstefa etməyəcəm, mübarizə aparacam" ifadələrini işlədib.

İranın ali rəhbəri Müctəba Xamenei və Silahlı Qüvvələrlə fikir ayrılığı yaşadığına dair iddiaları da təkzib edən Pezeşkian, ordunun ali rəhbərliyə bağlı olduğunu və tərəflər arasında hər hansı münaqişənin bulunmadığını vurğulayıb.

Qeyd edək ki, İran rejiminə müxalif olan bəzi media qurumlarında Pezeşkianın Xameneiyə bir neçə dəfə istefasını təqdim etməsi barədə xəbərlər tirajlanmışdı.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью