Pezeşkiandan ŞOK QƏRAR İranın paytaxtı...

20.11.2024

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İran prezidenti Məsud Pezeşkian ölkənin paytaxtının köçürülməsi ilə bağlı qərar verib.

Musavat.com İSNA-ya istinadən xəbər verir ki, bu gün İran prezidenti Məsud Pezeşkian ölkə paytaxtının köçürülməsi ilə bağlı hazırlanan planın araşdırılması prosesini birinci vitse-prezident Məhəmməd Rza Arifə tapşırıb.

“Məhəmməd Rza Arif bu planın nəzərdən keçirilməsinə cavabdehdir. Dönə-dönə vurğulayıram ki, bu məsələyə məhəl qoymamaq gələcəkdə ölkəni ekoloji böhranlar və bir çox başqa problemlərlə üz-üzə qoya bilər”, - deyə Pezeşkian qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью