Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran Prezidenti Məsud Pezeşkian məscidlərin yerli idarəetmədə, sosial problemlərin həllində və gələcək idarəçi kadrların hazırlanmasında mühüm rol oynaya biləcəyini bildirib.
Bizim.Media xəbər verir ki, Pezeşkian məscidlərin məşğulluğun təmin edilməsinə, xəstələrə yardım göstərilməsinə, eləcə də təhsil, mədəniyyət və idman fəaliyyətlərinə töhfə verə biləcəyini vurğulayıb.
“Sabah ölkəni idarə edəcək insanları məhz burada yetişdirmək mümkündür”, – deyə İran Prezidenti məscidlər əsasında yerli idarəetmənin inkişafı təşəbbüsünün təqdimat mərasimində bildirib.
Bizim.Media