Pezeşkiandan Trampa: “Geri çəkilməyəcəyik”

13.02.2025

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bizə deyirlər ki, raket və silahlarımız olmasın, hərbi gücümüzü artırmayın. Bununla belə, təhdidlər qarşısında geri çəkilməyəcəyik".

Ölkə.Az xəbər verir ki, bunu prezident Məsud Pezeşkian Trampın İrana qarşı təhdidləri ilə bağlı mövqeyini açıqlayarkən deyib.

"Biz heç bir ölkə və ya şəxslə müharibə aparmırıq. Bütün qonşularımızla qardaşlıq münasibətlərimiz var və bu əlaqələri daha da gücləndirəcəyik. 

Lakin İran xalqı heç vaxt bu təzyiq qarşısında boyun əyməyəcək və müqavimətini davam etdirəcək. Biz təhdid qarşısında geri addım atmayacağıq və təslim olmayacağıq", - Pezeşkian qeyd edib.

Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью