Pezeşkiandan Zəngəzur açıqlaması: məsələ şişirdilir

10.08.2025

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran prezidenti Məsud Pezeşkian jurnalistlərin Zəngəzur dəhlizi ilə bağlı sualını cavablandırıb.

Modern.az-ın məlumatına görə, Pezeşkian bildirib ki, İranın bu marşrutla bağlı tələbləri nəzərə alınıb.

Onun sözlərinə görə, məsələ xəbərlərdə şişirdildiyi kimi deyil:

ABŞ-ın regionda iştirakı ilə bağlı İranda narahatlığın olub-olmadığı sualını Pezeşkian belə cavablandırıb.

“Bu, məsələlərdən biridir. Amma əsas odur ki, ərazi bütövlüyü, eləcə də Avropaya və ya şimala gedən yolumuzun bağlanmaması məsələləri nəzərə alınıb. Yeganə narahatlıq isə bu yolun amerikalı və erməni şirkətlər tərəfindən inşa ediləcək olmasıdır”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью