Pezeşkianı təhqir edən şəxs işdən qovuldu

06.02.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident seçkiləri zamanı Səid Cəlilinin qərargahında və müxtəlif yığıncaqlarda Məsud Pezeşkianı təhqir və ona qarşı çıxışlar edən şəxs İran Neft Nazirliyindəki vəzifəsindən qovulub.

Axar.az xəbər verir ki, bu barədə Təbrizin “Azərəncümən” nəşri məlumat yayıb.

“Neft Nazirliyinin Pensiya Fonduna üzv təyin edilən parlamentin keçmiş üzvü Əli Ədyani Rad neft naziri Möhsün Paknejadın məsələdən xəbərdar olmasından sonra işdən çıxarılıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, İran parlamentinin 10-cu dövründə millət vəkili olan Əli Ədyani Rad mühafizəkar siyasi cərəyana mənsubdur və sərt radikal çıxışları ilə tanınır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью