Pezeşkianın Bakıya səfəri... Mühacirani

23.04.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aprelin son günlərində Prezident Pezeşkian Azərbaycana səfər edəcək, bu, mühüm səfərdir və iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasına yönəlib.

Axar.az xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani deyib.

“Bu səfər ölkələr arasında müxtəlif münasibətləri, o cümlədən diplomatik və iqtisadi əlaqələri genişləndirməyə kömək edən məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir”, - o bildirib.

Qeyd edək ki, Prezident Məsud Pezeşkianın 28 apreldə Azərbaycana səfər edəcəyi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью