Pezeşkianın birinci Azərbaycana, yoxsa Ermənistana səfər edəcək?

09.01.2025

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Azərbaycana və Ermənistana səfərləri Prezident Məsud Pezeşkianın Cənubi Qafqazın iki ölkəsinə gələcəkdəki səfərinə hazırlıq məqsədi daşıyır. Məsud Pezeşkian bu ay Moskvaya səfər edəcək və rusiyalı həmkarı Vladimir Putinlə strateji sazişi imzalayacaq. Pezeşkianın il ərzində Azərbaycana da səfərinin reallaşacağını proqnozlaşdırmaq olar. Maraqlı olan Pezeşkianın birinci Azərbaycana, yoxsa Ermənistana səfər edəcəyidir. O yalnız Azərbaycana səfər edib Ermənistana səfəri sonrakı mərhələyə saxlasa, İrandakı mühafizəkarların sərt tənqidinə məruz qalacaq. Ona görə Pezeşkian Təhlükəsizlik Şurasının katibi kimi Azərbaycana, buradan da Ermənistana səfər edə bilər.
Elxan Şahinoğlu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью