Pezeşkianın oğluna yüksək vəzifə verildi

28.11.2024

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian Prezident Aparatının rəhbərinin müşaviri və media üzrə köməkçisi təyin edilib.

News24.az TNS-ə istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Hökumətə bağlı media bu təyinatı “Yusif Pezeşkianın atasının siyasətlərinin həyata keçirilməsinə yardım etmək istəyi” kimi qələmə verib.

Bir müddət əvvəl isə Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi də Prezident Aparatında vəzifə almışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью