Pezeşkianın səfərindən sonra iki ölkə arasındakı münasibətlərdə köklü dəyişikliklərin şahidi olacağıq

16.04.2025

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

ADA Universitetində Prezidentin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib. Forumda çıxış edən ölkə başçısı İlham Əliyev bildirib ki, Prezident Pezeşkianın bu ay ölkəmizə səfər edəcəyini gözləyirik. Bu, ikitərəfli əlaqələrimizin inkişafı və regional proseslər baxımından çox vacib səfər olacaqdır. Prezident vurğulayıb ki, “əlbəttə, biz səfirliyimizə qarşı törədilmiş terror aktı kimi faciəvi hadisələri unuda bilmərik. Ancaq bu, Prezident Pezeşkianın seçilməsindən öncə baş vermişdir. Biz qəti şəkildə əminik ki, bu, Azərbaycana qarşı təşkil edilmiş terror idi. Bu hadisənin şəxsi zəmində baş verməsi kimi iddialar tamamilə əsassızdır”.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumiyyətlə 2025-ci ilin ilk rübünü Azərbaycan-İran münasibətlərinin tarixində mühüm dəyişikliklər dövrü kimi xarakterizə etmək olar. Deputatın fikrincə, həqiqətən də, Azərbaycan-İran münasibətlərinin intensivliyi baxımından ilk üç ay əlamətdardır və bu proses davam edir.

Müşfiq Cəfərov

“Məsud Pezeşkian Novruz bayramı ilə bağlı İlham Əliyevə göndərdiyi təbrik məktubu bu baxımdan mühüm sayılır. Məktubda bildirilib ki, 2025-ci ilin ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcəyinə, xalqlarımızın rifah və firavanlığına xidmət edəcəyinə ümid edir”-deyən Müşfiq Cəfərov hesab edir ki, Məsud Pezeşkianın Bakıya gözlənilən səfərindən sonra Azərbaycan-İran münasibətlərində müsbət irəliləyiş olması gözləniləndir.

“Proqnoz etmək olar ki, səfərdən sonra iki ölkə arasındakı münasibətlərdə köklü dəyişikliklərin şahidi olacağıq”-deyə deputat fikrini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью