Pezeşkianın SEPAH rəhbərliyi ilə münasibətlərində “siyasi dalan” KİV

01.04.2026

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İranda hökumət ilə hərbi komandanlıq arasında gərginliyin artdığı bir vaxtda prezident Məsud Pezeşkianın “tam siyasi dalan” vəziyyətinə düşdüyü bildirilir.

Ölkə.Az xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.

Qeyd olunur ki, İslam Keşikçiləri Korpusu (İİKK-SEPAH) prezidentin təyinat və qərarlarına müqavimət göstərir və mərkəzi hakimiyyət ətrafında nəzarət baryeri yaradaraq icra hakimiyyətini faktiki olaraq hökumətin nəzarətindən çıxarıb.

Mənbəyə görə, prezidentin kəşfiyyat naziri postuna namizəd irəli sürmək cəhdləri nəticəsiz qalıb. Yüksək rütbəli təhlükəsizlik strukturlarının təzyiqi nəticəsində prezidentin irəli sürdüyü bütün namizədlər, o cümlədən keçmiş müdafiə naziri Hüseyn Dehqanın namizədliyi rədd edilib.

Bildirilir ki, keçmiş daxili işlər naziri və SEPAH komandanlarından biri Əhməd Vahidi mövcud hərbi vəziyyəti əsas gətirərək bəyan edib ki, bütün əsas və həssas vəzifələr növbəti göstərişədək birbaşa SEPAH tərəfindən təyin olunmalı və nəzarətdə saxlanmalıdır.

Məlumata əsasən, yaranmış vəziyyət fonunda Pezeşkian son günlər Müctəba Xamenei ilə təcili görüş istəsə də, bu müraciətlər cavabsız qalıb və heç bir görüş baş tutmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью