Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İmam Əlinin ziyarətgahından çıxarkən İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçı İran hakimiyyətinə bağlı radikal qrupun hücumuna məruz qalıblar.
Axar.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, hadisə Əli Xameneinin vida mərasimi keçirilən vaxtda İraqın Nəcəf şəhərində baş verib. Dövlət rəsmiləri təhlükəsizlik qüvvələrinin köməyi ilə ərazidən dərhal uzaqlaşdırılıblar.
Sözügedən görüntülər sosial şəbəkələrdə geniş yayılıb.