Pezeşkiyan: İranda iqtisadi problemlər dəfələrlə artıb, gəlirlərimiz isə azalıb

15.08.2026

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsraillə müharibədən sonra ölkədəki iqtisadi problemlərin əvvəlki dövrlə müqayisədə daha da ağırlaşdığını bildirib. O, qiymətlərin artmasının əsas səbəbləri arasında xərclərin yüksəlməsini və neft satışının azalması səbəbindən dövlət gəlirlərinin aşağı düşməsini göstərib.

Bizimyol.info xəbər verir ki, İran mətbuatının məlumatına görə, Pezeşkian toplantılardan birində çıxış edərkən bildirib ki, əvvəllər idxal olunan məhsullar ölkəyə daha birbaşa marşrutlarla çatdırılırdısa, hazırda onların müxtəlif marşrutlardan keçirilməsinə ehtiyac yaranıb. Prezident bunun nəticədə məhsulların son qiymətini artırdığını bildirib.

İran lideri dövlət gəlirlərinin azalmasına da diqqət çəkib. “Bizim gəlirlərimiz də azalıb. Əvvəllər neft satırdıq, indi sata bilmirik”, — deyə Pezeşkian bildirib.

Prezident ölkədəki sənaye müəssisələrinin zərər görməsinin də iqtisadi vəziyyəti ağırlaşdırdığını vurğulayıb. “Bir çox fabrikə zərbə endirildi və onlar dağıdıldı”, — deyə o bildirib.

Pezeşkianın sözlərinə görə, bu vəziyyət vergi daxilolmalarına da təsir edib: “Fabriklərdən vergi də toplaya bilmirik. Təkcə bu deyil, onların fəaliyyətini davam etdirə bilməsi üçün özümüz də onlara vəsait ayırmalı oluruq.”

İran Prezidenti ölkədəki iqtisadi çətinliklərin miqyasını belə ifadə edib: “Problemimiz dəfələrlə artıb, gəlirlərimiz isə azalıb.”

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью