Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qarşıdakı mövsümdə də 1-ci liqada gərgin mübarizə gedəcəyini gözləmək olar. Amma ən azı bir komanda var ki, iştirakı sual altındadı. Söhbət 2-ci liqanın çempionu “Şahdağ Qusar”dan gedir.
Bəs PFL bu məsələyə necə yanaşır? Qurum “Şahdağ Qusar”ın 1-ci liqada mübarizə aparacağına əmindimi?
PFL-in Media və marketinq direktoru Sənan Abdullayevin cavabı:
“1-ci liqanın başlamasına hələ ki vaxt var. Bizə hər hansı mənfi və ya müsbət məlumat, müraciət daxil olmayıb. Ona görə də gözləmə mövqeyindəyik. Aşağı liqa komandalarında çətinliklər tez-tez olur. Biz bütün komandaların oynayacağını düşünürük. Püşkatmanın nə vaxt olacağı isə yaxın günlərdə açıqlanacaq”.
MÜZƏFFƏR QULUZADƏ