PFL 2 ci liqa klublarına top hədiyyə edəcək

13.08.2025

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2-ci liqa klublarının maddi-texniki bazasına dəstək məqsədilə Peşəkar Futbol Liqası (PFL) hər bir kluba 2025–26-cı illər mövsümü üçün 20 ədəd futbol topu hədiyyə edəcək.

"Football-plus.az" xəbər verir ki, yeni mövsümdə II Liqa komandaları “Adidas Tiro Pro” markalı toplardan istifadə edəcəklər.
Qeyd edək ki, “Adidas Tiro Pro” FIFA-nın ən yüksək keyfiyyət reytinqinə malik olan toplardan biridi. Ənənəvi 32 lövhəli dizayna sahib bu top innovativ TSBE texnologiyası ilə hazırlanıb. Lövhələr bir-birinə termal üsulla birləşdirildiyindən top daha az nəm hopdurur və daha dəqiq uçuş trayektoriyasına malik olur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью