Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqası (PFL) AFFA-nın inzibati binasını tərk edir.
Bunun hansı səbəbə olduğu dəqiq bildirilmir.
Qurumun mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev “FutbolPress”ə açıqlamasında məlumatı təsiqlədi:
“Köç artıq başlayıb. “Nərimanov metrosu”na yaxın ərazidədir. İyulun 1-dən yeni ofisdə işləyəcəyik”.
2008-ci ildə yaradılandan bu günədək AFFA-nın inzibati binasının 2-ci mərtəbəsində məskunlaşan PFL-in yerində assosiasiyanın baş katibi Cahangir Fərəcullayev oturacaq. Baş katib bunadək binanın akt zalında onun üçün hazırlanmış kabinetdə işləyirdi.
Şahin Cəfərov