PFL Ayın qolu layihəsinin qaliblərini açıqladı

10.05.2025

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasında, 1-ci Liqada, həmçinin, 2-ci Liqada “Ayın qolu” layihəsində aprel ayının qalibləri müəyyənləşib.

Sportal.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Premyer Liqasında David Qomisin, 1-ci Liqada İbrahim Əliyevin, 2-ci Liqada isə Elgün Abbaslının qolları ən yaxşı seçilib.

2-ci Liqada keçirilən səsvermə zamanı 2 oyunçunun qolu 5 xal toplayıb. Belədə şərtlərə əsasən yekun qərar PFL tərəfindən verilib. Daxili səsvermənin nəticələrinə görə “Füzuli”dən Elgün Abbaslının qolu “Ayın qolu” seçilib.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью