PFL bu oyunun yayım hüququnu “İdman TV”yə verdi

15.05.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Azərbaycan Premyer Liqasının XXXV turu çərçivəsində keçiriləcək “Şamaxı” – “Araz-Naxçıvan” oyunu “İdman TV” vasitəsilə canlı yayımlanacaq.

Futbolpress.az xəbər verir ki, PFL bu görüşün yayım hüququnu bu kanala verib. Matç mayın 17-də, saat 17:00-da, Şamaxı şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, “CBC Sport” həmin gün eyni saatda start götürəcək “Zirə – Sabah” və “Sumqayıt – Turan Tovuz” oyunlarını canlı yayımlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью