PFL dən “Qarabağ” “Kəpəz” oyunu ilə bağlı qərar

19.02.2025

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

AFFA Peşəkar Futbol Liqasına müraciət edib. 

QOL.az xəbər verir ki, bu barədə PFL-ni mətbuat xidməti məlumat yayıb. 

Müraciət 15 mart 2025-ci ildə Tovuz şəhərində Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlər keçiriləcəyi səbəbindən həmin gün Misli Premyer Liqasının 27-ci turu çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmalı olan “Qarabağ” – “Kəpəz” matçının yerinin dəyişdirilməsi ilə bağlıdır. 

PFL bu müraciəti və hər iki klubun razılıq məktubunu rəhbər tutaraq Misli Premyer Liqasının 2024-2025-ci illər mövsümünün təqviminə dəyişikliyin edilməsinə qərar verib.

Beləliklə, 27-ci turun Bakıda keçirilməli olan “Qarabağ” - “Kəpəz” matçı martın 15-də “Kəpəz” - “Qarabağ” oyunu olaraq Tovuz şəhər stadionunda təşkil ediləcək. 

Qeyd edək ki, sözügedən matç saat 17:00-da start götürəcək. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью