PFL prezidenti postuna seçkinin tarixi və məkanı bilindi

20.07.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna seçkilər keçiriləcək. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, seçkinin vaxtı və yeri dəqiqləşib.

Qurumun (yeni) başçısı iyulun 24-də müəyyənləşəcək. Sözügedən posta PFL-in hazırkı prezidenti Elxan Səmədov namizəddir.

Seçkidə AFFA rəhbərliyi və Premyer Liqa klublarının nümayəndələrinin iştirakı nəzərdə tutulub. Bununla bağlı, klublara bildiriş göndərilib. Orada tədbirin vaxtı və yeri qeyd olunub. Beləliklə, seçki "Holiday İn Baku" hotelində baş tutacaq və saat 12:00-da başlayacaq.

 
Qeyd edək ki, PFL-in hazırkı prezidenti Elxan Səmədov 2022-ci ildə bu vəzifəyə seçilib. 

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью