PFL rəhbərliyi “Şamaxı” “Neftçi” matçında

01.11.2026

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının X turunda keçirilən "Şamaxı" – "Neftçi" matçını Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyi də stadiondan izləyir. Sport24.az xəbər verir ki, PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev Şamaxı şəhər stadionundadırlar.

Qarşılaşmadan əvvəl "Neftçi"nin futbolçusu Qustavo Klisman da mükafatlandırılıb. "Ayın qolu" layihəsi çərçivəsində sentyabr ayının ən yaxşı qolunun müəllifi seçilən futbolçuya mükafatı PFL prezidenti Elxan Səmədov təqdim edib.

Qeyd edək ki, hazırda davam edən görüşdə ilk hissədən sonra hesab 1:1-dir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью