Icma.az bildirir, sport24.az portalına istinadən.
"APL Fantasy" proqramının təqdimatı baş tutdu. Sport24.az xəbər verir ki, "Radisson" otelində keçirilən tədbirdə Peşəkar Futbol Liqasının texniki direktoru Elgiz Abbasov çıxış etdi:
"Qarşıdan vacib ay gəlir. Avqustun 14-də Misli Premyer Liqasının növbəti startı reallaşacaq. Avrokuboklarda mübarizə aparan "Sabah" və "Qarabağ"a uğurlar arzu edirəm. Milli komandanın da qarşıdan Millətlər Liqası oyunları gəlir. Futbol yenilənən idman növüdür. Azərbaycan Premyer Liqasında da mütəmadi yeniliklər tətbiq edilir. Bir neçə il əvvəl VAR-ın tətbiqi başladı. İndi isə "APL Fantasy" başlayacaq. Bu, idmanımız üçün virtual yenilikdir. Azarkeşlər tətbiq vasitəsilə öz komandalarını yarada, futbolçuların xidmətindən istifadə edə biləcək. Layihənin ərsəyə gəlməsi üçün AFFA və Premyer Liqa klubları da dəstək oldu. Onlara təşəkkür edirəm. Futbol ailəsinin hər bir üzvünə uğurlar arzulayıram".