PFLin komissiyası bu gün İmişlidə olacaq | Icma.az
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir. Cari mövsümdə köçəri həyat yaşayan klublardan biri də “İmişli”di.
Yaydan bəri stadionu təmirə bağlanan klub aylardı ev oyunlarını Saatlı Olimpiya İdman Kompleksində keçirir.
Stadion “Qəbələ” ilə oyuna qədər hazır olmalıykən ot örtüyünün vəxziyyəti üzündən açılış bir qədər ertələndi.
Klub rəhbəri qəzetimizə açıqlamasında stadionun noyabrın sonlarına hazır olacağını bildirmişdi.
Belədə növbəti turda “Qaradağ-Lökbatan”la qarşılaşma “İmişli”nin yenilənmiş stadionda baş tutmalıdı.
Görəsən, meydançada bütün işlər yekunlaşıbmı?“İmişli”nin İdarə Heyətinin sədri Aqşin Mürsəlov “Futbol+”ə bu haqda danışdı: “Stadionda təmir işləri yekunlaşıb.
Düşünürəm ki, ot örtüyü ideala yaxın formadadı. Bu gün Peşəkar Futbol Liqasının komissiyası gəlib yoxlayacaq. Təftiş edib qərar verəcəklər.
Neçə ildi bu işin içindəyik, bilirik nələr lazımdı, nələrə diqqət edirlər. Problemlərin hamısını aradan qaldırmışıq.
Tam oxu
Xəbəri oxu