“P&G” qida əlavələri istehsalçısı “Thorne”u satın alır

04.08.2026

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

“P&G” qida əlavələri istehsalçısı “Thorne”u satın alır.

Banco.az xəbər verir ki, ABŞ-ın istehlak məhsulları nəhəngi “Procter & Gamble” (P&G) qida əlavələri istehsalçısı “Thorne”u 3,8 milyard dollara satın almaq barədə razılığa gəlib.

“P&G”nin baş icraçı direktoru Şaileş Cecurikar “CNBC”yə açıqlamasında bildirib ki, şirkət fərdi qulluq məhsullarına artan tələbatdan yararlanmaq məqsədilə sağlamlıq və sağlam həyat tərzi sahəsində fəaliyyətini genişləndirir.

Cecurikar qeyd edib: “Deyə bilərəm ki, şirkətin artım tempi nəzərə alındıqda bu qiymət münasibdir. Eyni zamanda, bu məbləğ bazarda müşahidə etdiyimiz sektor standartları ilə də ümumilikdə uyğunluq təşkil edir”.

Bu satınalma “P&G”nin sağlamlıq və sağlam həyat tərzi bazarındakı mövqeyini gücləndirmək niyyətini ortaya qoyur. Analitiklər bu addımı profilaktik sağlamlıq xidmətlərinə marağın artması və arıqlama dərmanlarının geniş yayılması fonunda sürətlə böyüyən sağlam həyat tərzi bazarına yönəlmiş strateji qərar kimi qiymətləndirirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью