Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
“Formula-1” üzrə dünya çempionatında turnir cədvəlinə başçılıq edən Oskar Piastri (Maklaren) “Red Bull”un pilotu Maks Ferstappenin qələbə qazandığı Amerika mərhələsinin yekunlarını şərh edib:
“Aydındı ki, Maks bu dəfə hamıdan sürətli, hamıdan üstün idi. Mənim üçün vacib olan məsələ bu mərhələnin niyə belə çətin keçdiyini aydınlaşdırmaq və əvvəlki, yəni mövsümün əvvəlində olan formamıza qayıtmaqdı. Odu ki, bu mənim əsas hədəfimdi, formamı bərpa etsəm, nəticələr də özü-özünə gələcək”.