Piastri Formula 1 İspaniya Qran Prisinin seçmə mərhələsinin qalibi olub

31.05.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

"McLaren"in avstraliyalı pilotu Oskar Piastri Formula 1 üzrə dünya çempionatının 9-cu mərhələsinin - İspaniya Qran Prisinin seçmə mərhələsinin qalibi olub.

"Report"un məlumatına görə, yarış Barselona-Kataluniya trasında baş tutub.

Onun komanda yoldaşı britaniyalı Lando Norris ikinci, niderlandlı Maks Verstappen ("Red Bull") üçüncü olub.

Mərhələnin əsas yarışı bazar günü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью