Piastri yenə izləyicisi ilə xal fərqini artırdı | Icma.az
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Macarıstan mərhələsindən sonra Oskar Piastri ilə ən yaxın izləyicisi Lando Norris arasındakı xal fərqi 9-a enmişdisə, Niderlandda vəziyyət əvvəlki axarına döndü.
Ona görə ki, Piastrinin “Maklaren”dən olan komanda yoldaşı yalnız 64 dövrə yarışa bildi.
Sona 8 dövrə qalmış Norrisin bolidi tüstüləməyə başladı və britaniyalı pilot mübarizəni dayandıırdı.
Piastridən azacıq geri qalan Maks Ferstappen 2-ci yeri tutdu. Fəxri kürsünün 3-cü pilləsinə isə İsak Hacar qalxdı.
Bu, onun karyerasındakı ilk podium idi.Norrisin sona qədər yarışa bilmədiyini dedik, onunla yanaşı “Ferrari”nin hər iki pilotu – Lüis Hemilton və Şarl Lekler də eyni aqibəti yaşadı.
Beləliklə, Piastri ilə Norris arasındakı xal fərqi yenidən artdı – 34-ə çatdı. Avstaliyalının 309, britaniyalının 275 xalı var.
Ferstappen isə 205 xalla 3-cü pillədə qərarlaşıb.Təsnifat mərhələsi1. Oskar Piastri (Avstraliya) 1.08,6622.
Tam oxu
Xəbəri oxu