Piastrinin ilk, avstraliyalıların 7 ildən sonrakı uğuru

22.03.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Formula-1 pilotu Oskar Piastri karyerasında ilk dəfə təsnifat mərhələsində ilk pilləni qazanıb.

İdman.biz xəbər verir ki, "Maklaren"in sürücüsü Çin Qran-Prisində bu uğuru əldə edib.

Bundan başqa, Piastri son 7 ildə poul qazanan ilk avstraliyalı olub. Sonuncu dəfə 2018-ci il Meksika Qran-prisində Daniel Rikardo ilk sırada start alıb.

Çin Qran-Prisində ikinci sırada "Mersedes"dən Corc Rassel, üçüncüdə isə "Maklaren"in digər sürücüsü Lando Norris qərarlaşıb.

Qeyd edək ki, Şanxayda keçiriləcək yarış sabah saat 11:00-da start götürəcək.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью